9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

DÇ-2023:Millimiz maksimum nəticə ilə 1/8 finalda

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının G qrupunda son oyununu keçirib.
 
Futbolxeber.az saytının məlumaıtna görə, Elşad Quliyevin çalışdırdığı komandanın rəqibi Küveyt yığması olub. Azərbaycan millisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Yığmanın qollarına Cəfər Cəfərov (15), Mirmehdi Rzayev (38) və Təmkin Xəlilzadə (44) imza atıb. 
 
Qrupun digər oyununda Misir İraqa qalib gəlib (4:2).
 
Azərbaycan millisi bundan əvvəl keçirdiyi hər iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirmiş və qrup birinciliyini də təmin etmişdi. Bugünkü qələbə sayəsində isə yığma maksimum nəticəyə imza atıb - 3 oyun, 9 xal. Misir 6 xalla 2-ci, İraq 1 xalla 3-cü, eyni xalı olan Küveyt isə 4-cü olub.
 
Azərbaycan millisi mübarizəni pley-offda davam etdirəcək.
 
Xatırladaq ki, Azərbaycan yığması son Avropa çempionatının qalibidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31