8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Musa Qurbanlı: “Əvəzlənməyimi normal qəbul edirəm”

“Bəzən qol vurmayanda bir az çətin olur”.

Futbolxeber.az-ın “aftonbladet.se” saytına istinadən verdiyi məlumata görə, bunu İsveçin “Yurqorden” klubunda çıxış edən azərbaycanlı futbolçu Musa Qurbanlı ölkə çempionatının XXVIII turunda “Brommapoykarna” üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Səfər matçına start heyətində çıxmasına baxmayaraq, fasilədən sonra əvəzlənən 21 yaşlı forvard buna görə baş məşqçidən narazı qalmadığını bildirib: “Əvəzlənməyimi normal qəbul edirəm. Futbolda bəzən belə olur. Bu, baş məşqçinin qərarıdır. Həmişə daha çox oynamaq istəyirsən. Amma məyus olmadım. Ən vacibi komandanın 3 xal qazanmasıdır. Qalib gələndə sevinməliyik”.

M.Qurbanlı kollektivə uyğunlaşdıqdan sonra daha yaxşı oyun sərgiləyəcəyinə inanır: “Azarkeşlər qolla yaşayır, onunla nəfəs alırlar. Qarşıma həmişə məqsəd qoyuram. Komandada yeniyəm və gəncəm. Başa düşürəm ki, hələ vaxtım var. Üzərimdə çalışmalı, özümü ruhdan salaraq təslim olmamalıyam. Komandaya uyğunlaşmağa çalışıram. Düşünürəm ki, həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir. Bu mənim yolumdur. Mübarizəni davam etdirsəniz, yekunda istədiyinizi əldə edəcəksiniz”.

Qeyd edək ki, “Yurqorden” hazırda İsveç çempionatında 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31