8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

İsmail Azzaui: “Qarabağ”la oyuna 100 faiz hazıram”

"Araz Naxçıvan" Azərbaycan Premyer Liqasının 11-ci turunda "Qarabağ"la qarşılaşacaq.

Futbolxeber.az-ın məlumatına görə, zədədən qayıdan yarımmüdafiəçi İsmail Azzaui bugünkü məşqdən sonra klubun rəsmi saytına açıqlama verib. Zədəsini sağaldan belçikalı hücumçu "Qarabağ"la görüşə hazır olduğunu bildirib:

"Ötən həftə ayağımda problem var idi. Zədəm “Qəbələ” ilə oyunda meydana çıxmağa imkan vermədiyinə görə, komandama kömək edə bilmədim. Bir neçə günlük istirahət və müalicədən sonra artıq kollektivlə birgə məşqlərə qoşulmuşam. “Qarabağ”la oyuna demək olar, 100 faiz hazıram”.

Azzaui Ağdam təmsilçisini Azərbaycanın ən güclü klubu adlandırıb: "Qarabağ" haqda nəsə demək artıqdır. Bu komanda Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol bizim xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq".

Xatırladaq ki, “Araz-Naxçıvan” - “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31