8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Araz Naxçıvan"ın zədəliləri sıraya döndülər

Azərbaycan Premyer Liqasının növbəti turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini davam etdirir.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda bu günü bir məşqlə yekunlaşdırıb. Günün birinci yarısında Bakı Olimpiya Stadionun ehtiyat meydanında keçirilən məşqdə zədə səbəbindən “Qəbələ” ilə görüşü buraxan İsmayıl Azzaui də iştirak edib. Yarımmüdafiəçi son çempionla duelə hazırdır.

Eyni zamanda, yüngül zədəsi olan Vanderson da kollektiv çalışmalara qatılıb. Dayaq yarımmüdafiəçisi də baş məşqçinin şans verəcəyi təqdirdə, meydana çıxa biləcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 19:00-da start götürəcək görüş “CBC Sport”la canlı yayımlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31