8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Bayer Leverkuzen”lə “Qarabağ” arasında yerlə göy qədər fərq var”

“Bayer Leverkuzen” ilə “Qarabağ” arasında yerlə göy qədər fərq var”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer Leverkuzen” komandasına qarşı keçirilən oyunu dəyərləndirərkən deyib.

Agent Azərbaycan çempionunun 1:5 hesablı məğlubiyyətinə baxmayaraq, Bakıda baş tutacaq cavab qarşılaşmasında yaxşı çıxış edəcəyinə inanır: “Yaxşı ki, cəmi 5 qol oldu. Belə oyunu şərh etmək çətindir. Ümid edirəm ki, Bakıda daha layiqli mübarizə olacaq”.

A.Smirnovun fikrincə, buraxılan qollarda rusiyalı qapıçının səhvi olmayıb: “Andrey meydanda yaxşı idi, amma futbol komanda oyunudur. O, yalnız buraxılan beşinci qolda daha yaxşı oynaya bilərdi. Ancaq həmin epizodda da müdafiəçilərin harada olduğu bəlli deyildi. Belə matçlardan düzgün nəticə çıxaranlar irəliləyir və güclənirlər. Andreyə və komandasına sona qədər mübarizə apardığına görə təşəkkür edirəm. Bu o deməkdir ki, komandanın xarakteri var”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer Leverkuzen” arasında cavab oyunu noyabrın 9-da Bakıda keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31