9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Adrian Mutu: “...vaxt lazımdır”

"Nəticələr üçün vaxt vacibdir. Səbr və inam da önəmlidir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu mətbuat konfransında deyib.

Rumın mütəxəssis komandasının çox tənqid oldunduğunu bildirib: "İstədiyimiz sabit oyun üçün nə qədər vaxt lazım olacaq? Bu sualı cavablandırmaq çətindir. Çalışmalı və çox işləməliyik".

A.Mutu qeyd edib ki, komandadakı bütün futbolçulara eyni şansı verir: "Ən yaxşı formada olan futbolçunu start heyətinə daxil edirik. Hazırda bizə yaxşı nəticələr lazımdır".

O, Yens Anderssonun "Neftçi"nin yeni idman direktoru təyin olunmasına da toxunub: "Biz eyni məqsəd üçün birlikdə çalışmalı və əməkdaşlıq etməliyik. Onun yaxşı nəticələr əldə edəcəyinə inanıram".

Mütəxəssis yeni transfer Reziuan Mirzov haqqında bunları deyib: "Reziuan Mirzovun son matçda göstərdiyi performans məni qane etdi. Nəzərə almalıyıq ki, o, komandaya hazırlıqsız qoşulmuşdu".

Mutu sonda Azərbaycan Premyer Liqasının 11-ci turunda "Sabah"a qarşı keçirəcəkləri oyun haqqında danışıb: "Rəqib yaxşı komandadır. Onlara qarşı birinci dövrədə oynamışıq. Növbəti matç da ağır keçəcək. Futbolçular sonadək mübarizə aparacaqlar və əlimizdən gələni edəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31