8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Avropa PSV-1-ci, “Fənərbaxça” 3-cü, “Zirə” 13-cüdür

“Zirə” Avropada ən az qol buraxan komandaların sırasına düşüb.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisi milli çempionatlarda ən etibarlı müdafiə xətti ilə seçilən 13-cü komandadır.

Rəşad Sadıqovun yetirmələri Azərbaycan Premyer Liqasının geridə qalan 9 turunda cəmi 5 dəfə meydanın mərkəzinə dəvət olunublar. Orta hesabla hər matçda 0,56 qol buraxan “Zirə” bu baxımdan qitənin 13-cü komandasıdır.

Siyahıya Niderland klubu PSV başçılıq edir. Peter Boşun kollektivi Erediviziyada keçirdiyi 8 qarşılaşmada cəmi 2 qola üzülüb ki, bu da orta hesabla hər görüşə 0,25 qol deməkdir.

Türkiyənin iki klubu liderlər sırasında yer alıb. “Fənərbağça” orta hesabla hər oyunda 0,38 qol buraxaraq Avropada 3-cü, “Qalatasaray” isə 0,50 qol göstəricisi ilə 7-ci pilləni bölüşdürürlər. Superliqanın ilk 8 turunda “sarı bülbüllər” 3, “cim-bom” isə 4 qol buraxıb.

Ümumilikdə 50 komandanın yer aldığı cədvələ Azərbaycanın digər təmsilçisi “Qarabağ” da düşüb. Ağdam klubu mövsümün ilk dövrəsində qapısında 6 qol görüb. Qurban Qurbanovun yetirmələri 0,67 qol göstəricisi ilə İspaniya nəhəngi “Real”la 28-ci yeri bölüşdürürlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31