9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qəbələ”nin legioneri: “...dayanmayacağıq”

"Qarşıda bizi çox iş gözləyir. Dayanmayacağıq və dayana da bilmərik".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qəbələ"nin braziliyalı futbolçusu Lukas Afriko komandadakı çıxışı ilə bağlı ölkəsinin "Esportenewsmundo" nəşrinə açıqlamasında deyib.

28 yaşlı müdafiəçi indiyədək Premyer Liqadakı bütün matçlarda (810 dəqiqə) əvəzolunmadan iştirak etməsinə münasibət bildirib.

Yayda bölgə təmsilçisinə keçən braziliyalı klubda hamının onu çox yaxşı qarşıladığını söyləyib: "Bu dəqiqəyə sahib olmaq çox vacibdir. Yenidən özümü təsdiq etməyə ehtiyacım var idi. Bunu bacaracağımı da bilirdim. Allah həmişə mənimlədir və məni tərk etmir. Çalışmağa davam edəcəyəm. Komandaya kömək etmək və mövsüm ərzində yaxşı nəticələr əldə etmək niyyətindəyəm".

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın X turunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Oktyabrın 22-də reallaşacaq görüş saat 16:30-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31