9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

PFL “İrəvan”da baş verənləri araşdıracaq

ELXAN SƏMƏDOV: “BU CÜR HALLAR AZƏRBAYCAN FUTBOLUNUN İMİCİNƏ ZƏRBƏDİR”

Peşəkar Futbol Liqası I Liqada yarışan “İrəvan”da yaşanan xoşagəlməz hallarla bağlı araşdırma aparacaq.

Futbolxeber.az saytına açıqlamasında bu barədə PFL prezidenti Elxan Səmədov deyib.

O bildirib ki, artıq bu gündən araşdırmalara start veriləcək: “Biz də klubda yaşananlardan mətbuat vasitəsi ilə xəbər tutduq. Bu barədə artıq bu gündən araşdırma aparılacaq. Bizim üçün də baş verənlər çox maraqlıdır”.

Elxan Səmədov qeyd edib ki, indiki halda PFL klubun daxili işinə müdaxilə edə bilməz: “Hazırda biz bu məsələyə birbaşa müdaxil edə bilmərik. Amma dediyim kimi, araşdırma aparacağıq. Əsasnaməyə əsasən oyunçular 1 oyunda meydana çıxmasalar, bu, texniki məğlubiyyətdir. Eyni hal ikinci dəfə yaşananda isə komanda çempionatdan uzaqlaşdırılacaq”.

E.Səmədov “İrəvan”da yaşananların Azərbaycan futbolunun imicinə zərbə olduğunu söyləyib: “Bu, futbolumuz üçün mənfi haldır. Heç birimiz bu cür halların yaşanmasını istəmərik. Belə məqamlar Azərbaycan futbolunu imicinə zərbədir”.

O, klubun gələcək perspektivi barədə sualı belə cavablandırıb: “İnanıram ki, müsbət nəsə olacaq. Çünki klub belə dağıla bilməz”.

Xatırladaq ki, “İrəvan”ın hücumçusu Mirsahib Abbasov dünən Sport24.az saytına müsahibəsində dörd aydır maaşsız oynadıqlarını, məşq formalarının olmaması və digər neqativ halları açıqlayıb və bildirib ki, futbolçular məşqləri və oyunları boykot edəcəklər.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31