10 May 2024, Cümə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

Estoniya millisinin baş məşqçisi: “Bu, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir”

“Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisinə 0:2 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis azarkeşlərin onları fitə basmasından narazılığını bildirib: “Düşünürəm ki, gözləntilər və reallıq tarazlıqda deyil. Komandamız sona qədər “döyüşdü”. Amma haradan gəldiyimizi düşünməliyik. Biz bunu qəbul edib, təvazökar olmalıyıq. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik”.

O, birinci hissədə qol buraxmalarına da münasibət bildirib: “Birinci hissədə iki qol buraxmaq çox idi. Biz də pis oynamadıq, şanslarımız oldu. İkinci hissədə daha yaxşı çıxış etdik. Amma qol vurmasanız, vəziyyəti dəyişməyiniz mümkün deyil. Hələ püşkatma zamanı beşinci səbətdə idik. Yəni güclü qrupa düşəcəyimizi öncədən bilirdik. Noyabrda Avstriya və İsveçə qalib gəlsək, hər kəs komandanın tarixindəki ən mühüm qalibiyyətdən bəhs edəcək. Belə ağ-qara yanaşma kifayət qədər bezdiricidir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31