14 May 2024, Çərşənbə axşamı
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"
"Sumqayıt" və "Qəbələ"dən qələbə

Ölkə futbolu

Mattias Svanberq: “Azərbaycan millisini məğlub etməliyik”

“Seçmə mərhələnin qarşıdakı turlarında Belçika, Azərbaycan və Estoniyanı məğlub etməliyik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri İsveç millisinin futbolçusu Mattias Svanberq AVRO-2024-ün seçmə mərhələsində keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi final mərhələsinə vəsiqə şanslarının az olmasına baxmayaraq, hələ də ümidini itirmir: “Seçmə mərhələnin sonuna hələ üç oyun qalır. Hazırda yalnız həmin qarşılaşmalarda qələbə qazanmaq barədə düşünürük. Avropa çempionatı kimi böyük turnirlərdə iştirak etmək istəyirik. Bunun üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, oktyabrın 16-da Belçikanın qonağı olacaq İsveç yığması noyabrın 16-da Azərbaycanla səfərdə, 19-da isə Estoniya ilə evdə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31