19 Avqust 2019, Bazar ertəsi
"Səbail" "Zirə"yə qalib gəldi
Şeydayev derbidə 90 dəqiqə oynadı
“Qəbələ” “Sumqayıt”a məğlub oldu
Rüfət Dadaşov milliyə dəvət aldı

Ölkə futbolu

Toşak: "Hesab oyunu əks etdirmədi"

Dünən keçirilən “Xəzər Lənkəran” - “Qarabağ” oyunu barədə cənubluların baş məşqçisi Con Toşak klubun rəsmi saytına kiçik açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə: “Hamımız qələbəni düşündüyümüz anda məğlub olduq. Məncə hesab oyunu əks etdirmədi. Bununla belə deyim ki, rəqib də layiqli qələbə qazandı. Amma hücum edən, ardıcıl həmlələr edən tərəf biz idik. Şanslarımız çox olsa da yararlana bilmədik. İkinci hissəyə də pis başlamadıq və artıq 47-ci dəqiqədə real qol şansını boşa verdik. Oyun planında xeyli artırsaq da, hələ də epizodlardan yararlana bilməmək problemini həll edə biıməmişik. Hamı Nildonu günahkar sayırdı və qol şanslarını boşa verdiyi üçün onu ittiham edirdi. Amma gördüyünüz kimi günahkar tək Nildo deyil. Bu oyunda Nildo oynamadı, amma biz yenə çoxlu qol şansını boşa verdik. Düşünürəm ki, ikinci qol komandanı “sındırdı” və bu qolu adi səhvdən rəqibə hədiyyə etdik. Üstəlik, yorğunluq da öz sözünü dedi. Artıq itiriləsi xallarımız yoxdur. Evdə cəmi bir qələbəmizin olması məni həddən artıq məyus edir. Çalışıb səhvlərimizi tez bir vaxtda düzəltməliyik.”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31