9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Qurban Qurbanov: “Emin Mahmudovun rekordumu yeniləyəcəyinə inanıram”

“Emin Mahmudovun tez bir zamanda rekordumu yeniləyəcəyinə inanıram”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin kapitanı Emin Mahmudovun yığmanın heyətində ona məxsus 14 qolluq rekorda yaxınlaşmasına münasibət bildirərkən deyib.
 
51 yaşlı mütəxəssis “Neftçi”nin yarımmüdafiəçisinin yaxşı formada olduğunu bildirib: “Emin son vaxtlar millidə çox yaxşı oyunlar keçirir, əla performans göstərir. Yığmaya xeyir verməkdə davam edir”.
 
Qurban Qurbanov hazırda hesabında 11 qol olan Emin Mahmudovun Azərbaycan millisi tarixinin ən məhsuldar oyunçusu olmasının vacib olduğunu düşünür: “Yenilənməyəcək rekord deyil, çox kiçik rəqəmdir. Ancaq Emin də qısa müddətdə bu həddə gəlib yaxınlaşıb. Onun rekordu yeniləməsinə ancaq sevinərəm. Bu, digər futbolçular üçün də böyük motivasiya olar. Belə hallar ancaq futbolumuzun, futbolçularımızın xeyrinə olur. Rekord yeniləndikcə digər oyunçularda istər-istəməz həvəs oyanır”.
 
Qeyd edək ki, Qurban Qurbanov 1992-2005-ci illər aralığında Azərbaycan millisinin heyətində 14 qol vurub. Emin Mahmudov isə 2016-cı ildən yığmaya çağırılır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31