9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

İordaniya millisinin baş məşqçisi: “Azərbaycan Avropanın ən güclülərindən deyil”

İordaniya milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.

Futbolxeber.az saytının məlumatına görə, Asiya təmsilçisinin baş məşqçisi Hussein Ammuta matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Norveçə qarşı ağır məğlubiyyətdən sonra psixoloji cəhətdən komandanı oyuna necə hazırlamısız? Azərbaycanla oyundan gözləntiniz nədir?

- Biz rəqibə qarşı yaxşı oynamadıq. Matçdan sonra oyunçularla danışdıq. Sabahkı qarşılaşmadan qabaq iki məşqimiz var. Oyunlarımızı analiz edəcəyik.

- Azərbaycan Avropanın güclü millilərindən hesab edilmir. Oyunsuz qalmamaq üçün bizimlə oynadınız, yoxsa hansısa gözləntiniz var?

- Bilirik ki, Azərbaycan millisi Avropanın ən güclülərindən deyil. Buna baxmayaraq, texniki heyət rəqibə hörmətlə yanaşır. Azərbaycan yaxşı oynamağı bacarır. Millimizin bura ilk səfəridir. Səfərdə yaxşı nəticə əldə edərək, toplanışı müsbət nəticə ilə  bitirmək istəyirik.

- İordaniya millisinin üzvü Omar Hani Azərbaycanda oynayır. Onunla söhbət etmisiz?

- Onun performansını izləyirik. Bu dəfəki toplanışda olmayacaq. Amma növbəti toplanışlarda şans əldə edə bilər. Daha çox sabahkı matça köklənmək istəyirik. Bilirik ki, Azərbaycan bir neçə gün öncə Belçikaya qarşı oynadı. Rəqibin son dörd oyununu izləmişik. Sabahkı görüşdə yaxşı nəticə əldə edib, geri qayıtmaq istəyirik (sportal.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31