Ölkə futbolu
“Sabah”ın zəif nöqtəsini tapan Ayxan Abbasov: “Bütün rəqiblərə qarşı eyni cür oynayırıq”
“Turan-Tovuz”un baş məşqçisi Ayxan Abbasovun Futbolxeber.az saytına müsahibəsi
- Dünən yoxlama oyununda “Sabah”ı 3:2 hesabı ilə məğlub etdiz. Əvvəlcə bu oyunla bağlı istərdik fikirlərinizi öyrənək.
- Yoldaşlıq görüşü çempionatdan tam fərqlidir. "Sabah"ın oyunçularının əksəriyyəti milli komandada idi. Biz də bəzi oyunçular üzrə dəyişiklik etmişdik. Onlar da gənclərə üstünlük vermişdi, biz də. Əsas odur ki, gələn həftə çempionata hazır olaq. Belə bir rəqiblə yoldaşlıq görüşü bizim xeyrimizədir.
- Yenə “Sabah”la səfər oyunu, yenə də 3 qol. Bu matçı da nəzərə alsaq, ardıcıl 3 səfər görüşüdür ki, “Sabah”ı məğlub edirsiz. Demək olar ki, Ayxan Abbasov “Sabah”ın zəif nöqtəsini tapıb?
- Biz bütün rəqiblərə qarşı eyni cür oynayırıq. Bəzən istədiyimiz oyunu göstərə bilirik, bəzən isə yox. Bunun da öz səbəbləri var. Rəqibin istəkli olması, üstün oynaması buna misal ola bilər. Daha əvvəl də dediyim kimi, bu gün Azərbaycan çempionatında səfərdə və ya evdə oynamağın fərqi çox azdır. Bəzi komandaların evdə üstün oynadıqlarını bilirik. Ümumi götürsək, hər bir komandaya qarşı eyni oyun göstərməyə çalışırıq. "Sabah" Azərbaycanı avrokuboklarda təmsil edən komandadı, ötən ilin ikincisidirlər.
- Belə təəssürat yaranır ki, “Turan Tovuz” ev oyunlarını Masazırda keçirsəydi, bütün oyunlarda qalib gələrdi...
- Statistikaya baxanda ötən mövsümdə də səfər qələbələrimiz çox olub. Çox istəyirik ki, bu qələbəni ev oyunlarında da əldə edək. Bunu futbolçular da çox istəyir. "Turan Tovuz" azarkeşləri qarşısında oynamaq böyük məsuliyyətdir, həm də çox qürurverici bir hissdir. Ev oyunlarında daha yaxşı çıxış etməyə çalışacağıq.
- “Sabah”la yoxlama oyununun başlama saatı müzakirələrə səbəb oldu. Millinin oyunu ilə eyni vaxta düşmüşdü. Bu, sizin yoxsa, “Sabah”ın istəyi idi?
- Biz özümüzə uyğun vaxt seçdik. Çox gec və ya çox tez də oynamaq olmur. Hava şəraitini də nəzarə almalıyıq. Görüşün başlama vaxtı hər komandanın istəyi əsasında müəyyənləşib. Təbii ki, milli komandamızın da oyunlarını izləyirik.
- Yayda heyətə cəlb olunan futbolçulardan biri olan Luis Paçu Türkiyə toplanışında aldığı səbəbindən hələ də Azərbaycan Premyer Liqasında debüt edə bilməyib. Son turda adı ehtiyat oyunçular skamyasında idi. Artıq zədəsini tam bərpa edib? Onun növbəti turda meydanda görə biləcəyik?
- Dünənki oyunda Paçu əsas heyətdə oynayırdı. İlk 45 dəqiqəni meydanda oldu və pis təsir bağışlamadı. Əlbəttə, ağır zədəsi var idi. Ümid edirəm ki, bu yoldaşlıq görüşü onun xeyrinə olacaq.
- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsız. Bu oyundan nə gözləyirsiz? Nəzərə alsaq ki, ötən mövsüm Tovuzdakı oyunlarda “Qəbələ”ni məğlub edə bilməmişdiz, bu dəfə fərqli nəticə qazanmaq mümkün olacaq?
- "Qəbələ" ötən mövsümün ən yaxşı komandalarındandır. Bizi çətin oyun gözləyir. "Qəbələ" son matçda çempionatın liderini məğlub edib. Baxmayaraq ki, mövsümə yaxşı başlamayıblar, amma yenə də "Qəbələ" inamlı mübarizə aparır. Heyətdəki yeni futbolçular artıq komandaya adaptasiya olublar. Son matçda "Zirə"yə qarşı çətin qələbə qazandılar. Bizi gərgin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək.
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb