12 May 2024, Bazar günü
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Ölkə futbolu

Valdez: “Əlimdən gələni edəcəm ki, “Neftçi”yə faydam olsun”

"Sözün əsl mənasında kluba, komanda yoldaşlarıma məni yaxşı qəbul etdiyi üçün təşəkkür edirəm. Böyük tarixi olan klubu təmsil etmək qürurdur. Əlimdən gələni edəcəm ki, "Neftçi"yə faydam olsun".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Dieqo Valdez klubun televiziyasına açıqlamasında deyib.

"Bir neçə həmyerlimin burada oynadığını bilirəm. Amma onlarla danışmaq imkanım olmayıb. Onlar burada necə yaxşı olubsa, mən də bunu davam etdirmək istəyirəm", - deyə o bildirib.

Paraqvaylı yarımmüdafiəçi sağlam rəqabətin komanda üçün faydalı olduğunu vurğulayıb: "Hər oyunçu üzərində təzyiq hiss edir və özünü yaxşı tərəfdən göstərməyə çalışır. Son qərarı məşqçi verir. Çalışacam ki, özümü yaxşı tərəfdən göstərim, məşqçi də məni seçsin".

"Neftçi" Dieqo Valdezlə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu 6 nömrəli formanı geyinəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31