Ölkə futbolu
“Turan Tovuz” üçün uğursuz gün - TƏƏSSÜRAT
TOVUZDA MÖVSÜMÜN REKORDU
İlk 3 turu səfərdə keçirən “Turan Tovuz”un cari mövsümdə doğma publika önündə debütu “Səbail”lə oyuna təsadüf etdi. Həm komandanın ötən mövsümlə müqayisədə daha da güclənməsi, həm də böyük futbol həsrəti Tovuz şəhər stadionunda anşlaq yaşanmasına gətirib çıxarmışdı. Təsadüfi deyil ki, matçın protokolunda görüşü 4300 azarkeşin izlədiyi qeyd olunub ki, bu da mövsümün rekordudu.
Klublarımızın avrokubok oyunlarına toplaşanlardan fərqli olaraq, dünən Tovuz şəhər stadionundakı futbolsevərlərin əksəriyyəti tamaşaçı yox, azarkeş idilər. Bunu 90 dəqiqə ərzində “Turan Tovuz”a verilən dəstəkdən də hiss etmək mümkün idi. Xüsusən də yerli publikanın baş məşqçi Ayxan Abbasova simpatiyası hiss olunurdu.
90-cı dəqiqədə “Səbail” üçüncü qolu vurub matçın taleyini həll etdikdən sonra fanatların bir hissəsi artıq stadionu tərk etsə də, böyük hissəsi hakimin final fitindən sonra belə “Turan Tovuz”u dəstəkləyirdi. Çünki onlar da anlayırlar ki, Ayxan Abbasovun komandasına vaxt lazımdı. Ötən mövsümlə müqayisədə hər nə qədər güclənsə də... Futbolda 1 həftəyə, 3 aya uğur qazanmaq mümkün deyil. Təsadüfi deyil ki, istər baş məşqçi də, istər klub rəhbərliyi də hər açıqlamasında haqlı olaraq cari mövsüm avrokuboklar barədə düşünmədiklərini bildirirlər. Bu gün “Turan Tovuz” oyununa görə olmasa da, heyətinə, şəraitinə görə çempionatın əsas iddialılarından geri qalır. Bu, faktdı.
TƏMİR İŞLƏRİ DİQQƏT ÇƏKSƏ DƏ...
Ötən mövsüm yekunlaşdıqdan sonra Tovuz şəhər stadionunda aparılan yenidənqurma işləri arena ərazisinə daxil olduqdan dərhal sonra diqqəti çəkir. Projektor dirəkləri hazırdı, yalnız öz lampalarını gözləyir. Eləcə də skay-bokslar təmir olunub. Bütün bunlar müsbət məqamlardı. Lakin təəssüf ki, mənfi hallar da mövcuddu.
Tovuzda futbol adına xeyli müsbət iş görülsə də, dünənki oyunun çatışmazlıqları yetəri qədər idi. Ondan başlayaq ki, matça yollandığımız avtomobilin stadion ərazisinə daxil olmaq üçün Peşəkar Futbol Liqası tərəfindən verilmiş “Buraxılış vəsiqəsi” olsa da, arenanın yaxınlığında 10 dəqiqə gözləməli olduq. Yol bağlanmışdı və yalnız uzun müzakirələrdən sonra qarşımızda “yaşıl işıq yandı”. Sonradan öyrəndik ki, bu cür problemlə üzləşən təkcə biz olmamışıq. “Səbail”in icraçı direktoru Firuz Abdulla da Tovuz şəhər stadionunun qarşısında yaradılmış “post”da yubadılıb.
PFL-İN DİQQƏTİNƏ: BELƏ MEDİA SEKTOR OLMUR!
Ən böyük çatışmazlıq isə media sektorla bağlıdı. Bir neçə gün əvvəl Tovuz stadionunda VİP sektorun fəaliyyətinin bərpa olunması haqda xəbər yayılanda artıq media üçün “həyəcan siqnalı” çalınmışdı. Çünki “Turan Tovuz”un feysbuk səhifəsində paylaşılan fotolardan görünürdü ki, VİP sektor medianın işinə ciddi əngəl törədəcək. Dünən gördüklərimiz də narahatlığımızın əbəs olmadığını sübuta yetirdi. VİP sektor Media sektorun düz arxasında yerləşir. Jurnalistlər bu problemlə Gəncə şəhər stadionunda da üzləşir. Biz Gəncədən hazırladığımız reportajlarda “bəlkə xeyri oldu” düşüncəsi ilə hər dəfə bu problemi qaldırırıq. İndi isə məlum olur ki, Gəncə azmış kimi, artıq Tovuzda da media üçün “belə şərait yaradılıb”.
Birincisi, oturduğumuz yerdən sağımızda yerləşən qapının qarşısında yaşananları görmək olmur. Çünki mühafizəçilər ayaqüstə matça tamaşa etdiklərindən biz yalnız qapının 25-30 metrliyinə kimi yaşananları görürük. Sağ tərəfimdə əyləşmiş “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov xüsusən ikinci hissədə komandasının qapısı önündə yaşanan təhlükəli epizodları görmək üçün xeyli əziyyət çəkməli olurdu.
İkincisi, oturacaqlar çox sıx olduğu üçün arxamda əyləşən qardaş “Turan Tovuz”un hər hücumu zamanı kürəyimə dizi ilə yüngülvari zərbə endirirdi. Onu da qınamıram, məsafə çox dar olduğu üçün hər hərəkətdə Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədovun məşhur ifadəsi ilə desək, “diz kürəyi tapırdı”.
Üçüncüsü, arxamızda əyləşən azarkeşlərin çırtladıqları tumun qabıqları tez-tez qarşımızda peyda olurdu. Bütün bunları nəzərə alaraq burdan həmkarlarıma səslənirəm: gələn dəfə Tovuz stadionuna gedəndə belinizi qorumaq üçün bir şey fikirləşin. Başınıza tum qabıqları yağmasını istəmirsinizsə, çətir və ya başqa bir qoruyucu vasitədən faydalanmaq heç də pis olmaz. Sözüm təkcə həmkarlara yox, həm də çempionatı təşkil edən Peşəkar Futbol Liqasınadı: bəylər, dünyanın hansı ölkəsində media sektorda jurnalistin kürəyi azarkeşin dizi ilə “təmasda olur”? Məncə, heç Afrikanın inkişaf etməmiş ölkələrində belə oyunu işıqlandırmağa gələn jurnalistin başına tum qabıqları səpmirlər. Belə şəraitdə işləmək olmaz. Necə ki, həmkarım Həbib Aslanov yazdıqlarını azarkeşlərdən “gizlətmək üçün” notbukuna xeyli əziyyət verməli oldu.
Tovuz şəhər stadionunda VİP sektor neçə azarkeş tutur? 50, qoy olsun 100. Bu da edəcək 250, uzağı 500 manat. Həqiqətənmi o pula görə mediaya bu cür hörmətsizlik etməyə dəyər?
“Hunar Group” Tovuzda futbol adına böyük işlər görür. Həqiqətən də Ehtiram Quliyevin Tovuz futbolu üçün etdikləri alqışlanasıdı. Amma gəl ki, bu cür kənardan xırda görünən bir məsələ görülən işlərə, xərclənən milyonlara xələl gətirir.
Ümid edək ki, növbəti ev oyununa qədər bütün bu çatışmazlıqlar aradan qalxacaq. Tovuz şəhər stadionu hər bir jurnalistin sevərək getdiyi arenadı. Çünki stadionda hər zaman dünən olduğu kimi futbol bayramı yaşanır. Futbol adına gözəl işlərin görüldüyü arenadan növbəti reportajımızın daha xoş notlarla zəngin olacağı ümidi ilə...
İbrahim CƏFƏROV, Bakı-Tovuz-Bakı
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:15
“Fire League”da pley-off oyunlarına start verildi FOTOLENT
-
16:51
“Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
-
16:37
Mariya Stadnikə ağır itki üz verib
-
16:24
XXXVI turun oyun cədvəli açıqlandı
-
16:00
"Neftçi"nin hücumçusu: "Het-trik etmək hər zaman diqqət çəkir"
-
15:42
Bir fotonun qorxusu...
-
15:18
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
-
14:59
Azərbaycan millisindən Avropa çempionatında 2 bürünc medal
-
14:25
Gənclər Liqasının qalibi mükafatlandırıldı
-
13:33
Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
-
13:16
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
-
13:00
Roi Kehat: “Bu qələbə komandamın mənə ad günü hədiyyəsi oldu”
-
12:41
"Bayer"dən darmadağın VİDEO
-
12:27
Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
-
12:09
PSJ öz meydanında uduzdu VİDEO
-
11:58
Azərbaycanın voleybol hakimi beynəlxalq kursda iştirak edib
-
11:44
Azərbaycanın kişi parataekvondoçularından tarixi uğur
-
11:32
“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
-
11:25
Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib
-
11:13
“Neftçi” üçün ilk, tarixdə 7-ci
-
10:56
"Qarabağ" rekordunu təkrarladı
-
10:41
Renat Dadaşovdan qol şərhi: "Bu, Hatay üçündür"
-
10:28
Ehtiram Quliyev: “Fərqli fikirlərə ehtiyacımız var, yetər ki, qərəzli olmasın”
-
10:19
Regionlarda fəaliyyət göstərən məşqçilər üçün seminar keçirilib
-
10:04
Şahruddin qapısında 6 qol gördü VİDEO
-
09:47
Asif Məmmədov üçün yubiley
-
09:30
Renatın qolu və "Hatayspor"a qələbə qazandırdı VİDEO
-
23:24
"Sumqayıt" - "Səbail" matçında 3 qol VİDEO
-
22:46
"Bizə heç kim nəsə dəyə bilməz"
-
22:33
Şahin Diniyev: “Səbail” avrokuboklarda oynamağa layiq komandadır”
-
22:11
Renat Dadaşov "Hatayspor"a qələbə qazandırdı
-
21:25
"Sumqayıt" və "Qəbələ"dən qələbə
-
20:32
Kaxaber Sxadadzedən qələbə şərhi
-
19:50
"Qəbələ"nin qələbəsi VİDEO
-
16:51
Kilan Lebon: “Gümüş medallara yiyələnmək “Neftçi” üçün prioritetdir”
-
15:16
Cəlal oynadı, "Arda" qalib gəldi
-
14:48
Krivotsyukun komandası 90+13- də məğlubiyyətdən qaçdı VİDEO
-
14:25
Stefan Aka: “Hakim səhvləri oyunun taleyini həll etdi”
-
14:09
Sərtan Taşkın üçün 14 dəqiqə
-
13:32
U-17 millimiz Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcək
-
13:13
Məhəmməd Avstriyada birinci, Şəhriyar üçüncü oldu
-
12:24
"Xəzri"nin baş məşqçisi finalda nəyə ümid edir?
-
11:57
IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq
-
11:40
Otto Con: “3 xal bizim üçün çox vacib idi”
-
11:31
"Milan" "Kalyar"ni darmadağın etdi VİDEO
-
11:18
Millimizin müdafiəçisinin komandası ikinci liqaya düşdü
-
11:09
Arda Gülərin "Real"da növbəti qolu VİDEO
-
10:56
"Borussiya" böyük hesabla məğlub oldu VİDEO
-
10:45
Vüsalın komandası pley-offa vəsiqə qazandı
-
10:32
"Napoli" öz meydanında uduzdu VİDEO