9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

AFFA 3 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 18.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının III turunun “Kəpəz” - “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Gəncə klubuna xəbərdarlıq edilib.

Oyundan sonra “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə olunub. Gəncəlilər daha 500 manat oyunda zonaların tələblərinə riayət edilmədiyinə görə cərimə ödəyəcəklər.

Qərb derbisi zamanı azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilib.

“Qarabağ” - “Araz-Naxçıvan” oyununda isə qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına üçün 700 manat cərimə olunublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31