9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Xaqani Məmmədov Barış Şimşəki “bombaladı”: “Onu bura oyunlara inspektor getsin deyə gətiriblər”?

“Məncə, ilk 3 tur ərzində çox böyük hakim səhvləri olmayıb. Ona görə ki, çempionatda hələ gərginlik yoxdu. Gərginlik olan kimi hakimlər psixoloji cəhətdən özlərini itirirlər”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov deyib.

Sabiq FİFA referisi Azərbaycan Premyer Liqasının son turunda ən çox müzakirə olunan “Sabah” - “Neftçi” matçında Əliyar Ağayevin düzgün qərarlar qəbul etdiyini bildirib: “Yaxşı ki, “Sabah” - “Neftçi” oyununa Əliyar Ağayev təyinat almışdı. Onun verdiyi qərarların hamısı düz idi. Həmin mübahisəli epizoda gəldikdə, orada Amin rəqibi itələdi. Bu halda protokolda nə yazmalıdı? İtələməyə görə qırmızı vərəqə vermirlər. Amin həmin epizodda aqressiv oynamadı, yüngül formada rəqib futbolçunu çiynindən itələdi. “Neftçi”nin oyunçusu isə üzünü tutub yerə yıxıldı. Mən Seydiyevi müdafiə eləmirəm, amma orda qırmızı vərəqəlik kobudluq yox idi”.

X.Məmmədov “Qarabağ” - “Araz-Naxçıvan” görüşündə mübahisəli qol epizodu barədə də danışıb: “Araz-Naxçıvan”ın vurduğu qolda əvvəlcə hakimlər oyundankənar vəziyyət qeydə aldılar. 3 dəqiqə incələdikdən sonra qolun düzgün vurulduğu qəbul edirlər. Əslində qol düzgün vurulmuşdu. Bütün oyunlarda xırda hakim səhvləri var. Lakin bunlar nəticəyə təsir edən kobud səhvlər deyil. Çox istərdik ki, hakim səhvləri olmasın. Amma çempionatda gərginlik artdıqca səhvlər olacaq. Bu, qaçılmazdı. Dünyada səhvsiz hakim yoxdu. Kobud səhv varsa, hakim cəzalanmalıdı. Hakim cəzalanmadıqca harınlayacaq. Düşünəcək ki, “səhv etsəm də, onsuz da təyinat alıram da”. Belə olmamalıdı. Məşqçilərin illərlə, aylarla çəkdiyi əziyyəti hakim yerə vurmamalıdı”.

Xaqani Məmmədov AFFA Hakimlər Komitəsinin hazırkı sədri Barış Şimşəkin fəaliyyətindən narazılığını ifadə edib: “Barış Şimşək hansı hakimi üzə çıxardıb? Ancaq özünü oyunlara inspektor yazmaqla məşğuldu. Mən başa düşmürəm, Barış Şimşəki Azərbaycana oyunlara inspektor getmək üçün dəvət ediblər? Onu gətiriblər ki, hakimlərin inkişafı ilə məşğul olsun. O isə həftə səkkiz, mən doqquz Azərbaycan çempionatının oyunlarında inspektor olur. Elə inspektor var ki, 3 tur geridə qalmasına baxmayaraq, 1 dəfə də olsun təyinat almayıb. Niyə? Özün niyə gedirsən? Artıq 3 tur ərzində 2 dəfə özü-özünə təyinat verib. Biabırçılıq bu. Bu gün Azərbaycanda Avropaya çıxacaq səviyyədə hakim yetişmir”

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31