Ölkə futbolu
Сoşqun Diniyev: “Türkiyə çempionatı düşündüyümdən də ağırdı” (MÜSAHİBƏ)
Türkiyənin “Ümraniyespor” klubunda çıxış edən millimizin üzvü Coşqun Diniyevin Futbolxeber.az saytına müsahibəsi
- Artıq Türkiyə birinci liqasında debüt etmisən. İlk turda “Gənclərbirliyi”, ikinci turda isə “Göztəpə” ilə oyunlarda start heyətində meydana çıxdın. İlkin təəssüratların necədi?
- Ümumi çempionatla bağlı düşüncələrim pozitivdir. Təşkilatçılıq, mübarizə, maraq ən üst səviyyədədir. Ona görə də burada futbol oynamaq çox maraqlı və gözəldi.
- Çempionatın səviyyəsi gözlədiyin kimidi, yoxsa daha ağırdı?
- Bura gəlməmişdən öncə də çempionatı izləyirdim. Bilirdim ki, bu liqada fiziki futbol daha ön plandadı. Amma görürəm ki, Türkiyə çempionatı düşündüyümdən də ağırdı. 18 komandanın 15-16-sı çempionluğu hədəfləyir. Buna görə də hər oyunda qızğın mübarizə gedir.
- Şənbə günü keçirilən “Göztəpə” ilə matç ilk ev qarşılaşması idi. Doğma publika qarşısında debütun necə keçdi?
- Bəli, son turda doğma azarkeşlərimiz önündə oynadıq. Stadionda çox gözəl ab-hava var idi. Azarkeşlər komandaya inanılmaz dəstək verirdilər. O cür coşqunun qarşısında futbol oynamaq çox gözəldi. 90 dəqiqə boyu fanatların sevgisini, diqqətini hiss edirsən. Bütün bunlar da məsuliyyətimizi artırır. Düzdür, ilk ev oyununda qalib gələ bilmədik. Lakin növbəti matçlarda azarkeşlərimizi sevindirəcəyimizə inanıram.
- Son oyundan sonra futbolçuların qiymətləndirməsinə baxdım, sol cinah müdafiəçisindən sonra “Ümraniyespor”un heyətində ən yüksək bala sən layiq görülmüşdün. Öz oyunundan nə dərəcə razısan?
- Həqiqətən də oyundan sonra bununla bağlı çoxlu mesajlar aldım. Demək olar ki, hamı oyunum haqda müsbət fikirlər səsləndirdi. İstər azarkeşlər olsun, istər məşqçilər, istər rəhbərlik. Bu, motivasiyamı artırmaqla yanaşı, həm də əlavə məsuliyyətdi. İnşallah növbəti həftələr çempionata tam uyğunlaşdıqdan sonra komandama daha çox xeyir verəcəyimi düşünürəm. Məqsədim mənə olan inamı, etimadı doğrultmaqdı.
- Baş məşqçi Mustafa Er ilk 2 görüşdəki çıxışını necə qiymətləndirir?
- İlk turda gözləmədiyimiz məğlubiyyətlə üzləşdik. Buna görə də Mustafa hoca narazı idi. Lakin “Göztəpə”yə qarşı çox yaxşı, dominant futbol oynadıq. İzmir klubu bəlkə də çempionatın ən güclü heyətinə malikdi. Bununla belə, onlara qarşı çox gözəl mübarizə apardıq. Bu səbəbdən də baş məşqçi matçdan sonra razılığını ifadə etdi və hər birimizə təşəkkürünü bildirdi. Amma qələbə qazansaydıq, daha yaxşı olardı. Hər halda meydandan 1 yox, 3 xalla ayrılsaydıq, tam razı qalardı.
- Sənin kimi Bəxtiyar Həsənalızadə də Türkiyə birinci liqasında çıxış edir. Onunla əlaqən var?
- Bəxtiyarla bir-birimiz çoxdan tanıyırıq. Amma hələ ki, Türkiyədə görüşə bilməmişik. Görüşməyə, danışmağa vaxt olmayıb. Ona da uğurlar arzu edirəm. İnanıram ki, onun üçün də uğurlu mövsüm alınar.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb