Ölkə futbolu
Qara Qarayevlə 18 ildən sonrakı ayrılıqla bağlı 18 dəqiqəlik söhbət
"Neftçi"nin yeni transferlərindən olan Qara Qarayev jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran Qara Qarayev 18 illik “Qarabağ” karyerası, “Neftçi”yə gəlişi və digər məsələlər barədə danışıb. Təcrübəli yarımmüafiəçi ilə 18 dəqiqəlik söhbəti təqdim edirik.
"CƏBƏLLÜTARİQDƏKİ HƏMİN 3 DƏQİQƏ “QARABAĞ”DAN GEDİŞİMƏ SƏBƏB OLDU”
- “Qarabağ”da bu mövsüm avrokuboklarda oynadığına görə, “Neftçi”yə Konfrans Liqasının matçlarında kömək edə bilmədin. Buna görə məyussan?
- Əlbəttə, “Neftçi”yə kömək edə bilməməyin üzüntüsünü yaşayıram. Çünki oyunçu qıtlığı və zədəlilərin olduğu durumda “Neftçi”yə kömək edə bilmədim. Lakin bura gələndə bəzi şeylər məlum idi artıq. “Qarabağ”da bu mövsüm avrokuboklarda oynadığıma görə bilirdim ki, reqlamentə əsasən qitə kuboklarında “Neftçi”yə kömək edə bilməyəcəm.
- Belə çıxır ki, hələ “Linkoln”- “Qarabağ” oyunu zamanı klubunu dəyişəcəyin barədə düşünmürdün?
- Həmin üç dəqiqə məni nələrsə düşünməyə vadar etdi. O dönəmdə ayrılmaq barədə fikirlər yox idi. Sadəcə az şans tapdıqdan sonra oturduq, danışdıq, məsləhətləşdik. Hardasa demək olar ki, o 3 dəqiqə “Qarabağ”dan gedişimə səbəb oldu.
- “Qarabağ”dan ayrılığın böyük müzakirələrə səbəb oldu. Artıq bir müddət keçib. Bəlkə bu barədə ətraflı danışaq: gedişinə səbəb nə idi?
- Yaş gedir, düşünürəm ki, 4-5 ildən sonra geri qayıdıb, oynamaq qabiliyyətimi bərpa edə bilməyəcəm. Fatih Terimin bir sözü mənim üçün hər zaman simvol olub: "Mənfəətlərim xarakterimin önünə keçməyib". Mənim də xarakterim dedi ki, oynamaq istəyirsən, çalışdım bu fürsətdən istifadə edim. Heç kimdən, klubdan incikliyim yoxdur, münasibətlərim normaldır. Qurban Qurbanovun özü ilə 2-3 gün ardıcıl söhbətlərim oldu. Mənə məsləhətlər verdi, tövsiyələr etdi, qarşılıqlı fikirlər oldu.
- Amma vaxtı ilə “Matç TV” kanalına müsahibəndə demişdin ki, “heç vaxt “Qarabağ”dan getmərəm və bu komandada qalıb məşqçi kimi işləyərəm”. Bəs səni nə vadar etdi getməyə?
- Doğrudur, həmin fikirləri demişəm. Əgər futbolçu kimi qabiliyyətim bitsəydi, klub məni hansısa hörmətinə görə saxlayırsa, onda getməzdim. Amma hələ 2-3 il yaxşı səviyyədə oynaya bilərəm. Ona görə də, istəmədim ki, arzularımın qarşısını alım. “Qarabağ”la qarşılıqlı bir-birimizə lazım olan hər şeyi vermişik. “Qarabağ”da 15 il əsas karyeram olub, 18 il ümumi. Bu illər ərzində alacağımızı-verəcəyimizi tamamlamışıq. Keçən ildən az şans tapırdım. Qurban Qurbanovla məsləhətləşdik, buna qərar verdim.
“YA DOSTUNU İTİRƏCƏKSƏN, YA DA KOMANDA QAZANACAQSAN”
- Niyə məhz “Neftçi”? Razılaş ki, başqa kluba getsəydin, azarkeşlər bunu daha sakit qarşılayardılar...
- Bu, “Qarabağ” və “Neftçi”nin başına gələn ilk təcrübə deyil. Hər iki komandada oynayanlar olub. “Neftçi”yə gəlməyimdə Emin Mahmudovun əməyi çoxdur. Dedi ya dostunu itirəcəksən, ya da komanda qazanacaqsan. Mən də çalışdım ki, dostumu qazanım. Bura gəlməyimdə dost amili əsas faktlardan biri deyildi. “Neftçi” cameəsi böyükdür, Azərbaycan futbolunun təməli və başlanğıcıdır. Tribunaların coşqulu olması, məni işimə daha çox bağlayıb, həvəsləndirə bilər. Qərarımın daha böyük qisminə təsir edən isə "Neftçi" idi.
- “Qarabağ”dan incikliyin olmadığını desən də, oynamaq şansı qazanmadığın üçün klubdan ayrılmısan. Bu baxımdan "Neftçi”nin heyətində “Qarabağ”a qarşı ilk oyunu Qara Qarayev üçün yenidən özünü sübut etmək şansı kimi dəyərləndirmək olar?
- Bu şeyləri düşünmürəm. Həmin matçda məğlub da ola bilərik, qalib də gəlmək mümkündür. Bu şeylər mənim həyat fəlsəfəmə müdaxilə etməyəcək. Hər şeyə normal və idman prinsipləri ilə baxıram. Gəldiyim gündən qərarımda, fikrimdə səhv etdiyimi düşünməmişəm. Tərəddüdüm yoxdur. Düşünürəm ki, hər şey karyeram üçün yaxşı olacaq.
- Qara Qarayev artıq milli komandadan əlini üzüb?
- Yox. Karyeramın ən önəmli, yaxşı vaxtlarıdır, amma orada yoxam. Bunun üzüntüsünü yaşayıram. Yenidən milliyə qayıtmağa hər an hazıram. Bütün konfliktləri beynimdən atmışam. İstər Canni De Byazi, istər digər adamlarla. Sadəcə işimə fokuslanıram. Əgər dünənə qədər məni burada istəməyən adam yenə çağırsa, yenə canla-başla oynayacam. Milli bizimdir də. Orada olmamağım, özümə və gələcək nəsillər üçün xəyanətdir. Çünki orada qazandıqlarımızı ötürəcəyik. Azərbaycan millisində olmalıyam və orada olmaq üçün çalışacam.
“QISA ZAMANI 18 İLƏ SIĞDIRMAQ BÖYÜK UĞUR İDİ”
- Qurban Qurbanov gedişinə necə reaksiya verdi?
- Uzun illər bəzi şeylər öyrənmişik ki, hər şey öz aramızda qalsa, daha yaxşıdır. Media üçün işləmirik. Baxıram, yazırlar ki, “Qurban Qurbanovla arasında problem oldu, onun fotosunu instaqramda yerləşdirmədi və s”. Amma biz instaqram, sosial şəbəkə üçün yaşamırıq. Qurban müəllimlə danışdıq, sonuncu gün qucaqlaşdıq, bir-birimizə uğurlar arzuladıq. Amma bunu müsahibədə deməyi özümə rəvac bilmirəm. O da bilir, mən də bilirəm ki, necə ayrılmışıq, hər şey qaydasındadır. Amma bəzi məlumatlar yayılır. Onları təkzib etmək üçün nəyəsə çalışmıram. Bəlkə də, bəzi media qurumlarının marağı var ki, nəyisə alovlandırsın, amma biz hər şeyi normal etdik, Qurban Qurbanova, mənə, “Qarabağ”a yaraşan şəkildə ayrıldıq, bitdi hər şey.
- Ayrılıq xəbərinlə bağlı “Qarabağ”ın paylaşımı da müzakirələrə səbəb oldu. Vida paylaşımının bu qədər sadə olması incikliyinə səbəb oldu?
- Daha fərqli bir şey gözləyərdim. Problem yoxdur. Bəzi məsələlər var ki, səni ona qarşı daha immunitetli edir. Bundan sonra mənə kim elə etsə, gedişimi qara xəbər qoysa, mənim üçün təəccüblü gəlməz. Bir az fərqli bir şeylər istəyərdim. Çünki “Qarabağ”la bağlarımız adi olmayıb. Hətta qeyd etmişdim, “Ulduz” metrosundan çıxdığım an yadımdadır. Ömür uzun deyil. Qısa zamanı 18 ilə sığdırmaq böyük uğur idi. Özü də, hər il heyətdə oynamağa çalışmışam. Ehtiyatda oturmamışam, daim uğurlarda payım olmağına cəhd etmişəm.
- “Neftçi”də durumun necədir? Artıq komandaya tam adaptasiya olmusan? “Qarabağ”dan ayrılığını unutmusan?
- Çoxdan unutmuşam. Ayrılıqlar mənim üçün yaddaqalan deyil. “Neftçi”də yeni gələcək qurulur. Adrian Mutunun və yeni oyunçuların dəvət almasından, yaxşı şeylər bizi gözləyir. Adaptasiya dövrünü artıq keçmişəm. Rəhbərlik və futbolçular mənə ailədən biri kimi yanaşdılar. Hətta “Neftçi” azarkeşləri məni öz oyunçusu, dəyəri kimi qarşıladı. Bu, adaptasiya dövrümü sürətləndirdi. Gələcək vəd edən işlər start götürüb. Daha yaxşı olacaq. Bu dövrdə mən də olmaq, uğurlarda payımın, əziyyətimin olmasına çalışıram. Ümidliyik və işləyirik.
“EMİNƏ BİLDİRMİŞDİM Kİ, MƏNİMLƏ BAĞLI DE BYAZİYƏ HEÇ NƏ DEMƏ”
- Bayaq qeyd etdin ki, Emin Mahmudov “Neftçi”yə gəlməyinə təkid etdi. O, həm də millinin kapitanıdır. Ona sual vermədin ki, bu təkidi niyə Canni De Byaziyə etmədin?
- Eminlə çox arzularımız olub, onlardan biri də birlikdə oynamaqdır. Millinin başqa məşqçiləri ilə danışanda demişəm ki, onunla millidə oynadığımız dönəmlər çox yaxşı idi. Sadəcə diqqət etmək lazım idi ki, Eminlə oyunda çox yaxşı işlər görə bilirik. Biz elə təzəcə qovuşmuşduq ki, yenidən ayırdılar. Amma bu fürsət bizə yarandı. Eminə demişdim ki, hisslərdən irəli gəlib De Byaziyə mənim bağlı nəsə demək istəyərsənsə, demə.
- Emin Mahmudovun vaxtı ilə “Qarabağ”a gəlişi gözlənilirdi. Sən də bunun üçün cəhd etmişdin?
- Xırda cəhd etmişdim. Amma perspektiv görmədim deyə deyil, sadəcə maraqlar toqquşmadı deyə, geri çəkildim. Mənim üçün iki tərəfin maraqları daha önəmlidir. Bir tərəfdə klub, digər tərəfdə qardaşım Eminin dəyərləri ortaq olmalıdır. Bəzi şeylər alınmadı deyə, kənarda çəkildim.
- Emin Rusiya futbolunu yetirməsidi, sən isə Azərbaycan. Fərqli mühitlərdə böyümüsüz, fərqli klublarda çıxış etmisiz. Maraqlıdır, dostluğunuz harda, necə yaranıb?
- Emin U-15 yığma komandasına gəlmişdi. Həmin vaxt mənimlə bir otaqda qalırdı. Rusiyadan gəldiyi üçün uşaqlarla uyğunlaşması yox idi. Amma o vaxtdan bir-birimizə isinmişdik. Birlikdə qalırdıq, səmimi olduq. Çalışırdım onunla danışım ki, adaptasiyası, komandaya uyğunlaşması çətin olmasın. O vaxtdan bu yana münasibətim yaxınlaşdı. Dizində əməliyyat oldu, bir daha qayıtmadı. Sonra Rusiyada oynadı.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb