Ölkə futbolu
Ayxan Abbasov: “Bu, son illərin ən gərgin mövsümü olacaq” (MÜSAHİBƏ)
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun Futbolxeber.az saytına müsahibəsi
- “Araz Naxçıvan”la oyunun hazırlığını artıq başa vurdunuz (söhbət dünən olub-red). Mövsümün açılış matçı ilə bağlı fikirləriniz necədi?
- Ümumən ilk oyunlar həmişə çətin keçir. Üstəlik, komandada yeni futbolçular var. Onların da uyğunlaşması həqiqətən də vaxt aparır. Maksimum çalışmışıq ki, komandanı hazır edək. Əlimizdən gələni edəcəyik ki, mövsümə uğurlu start verək. Çətin oyun olacaq. “Araz Naxçıvan” debütant olsa da, heyətlərində xeyli sayda yeni oyunçular var. Qarşılaşma çox gərgin keçəcək.
- Heyətlə bağlı hər hansı bir probleminiz yoxdu?
- Heyətimizdə bir itki var. Paçu “Araz Naxçıvan”la matçda meydana çıxa bilməyəcək. Türkiyə toplanışındakı son yoxlama oyununda zədələnən braziliyalı forvard bu gün komandaya kömək edə bilməyəcək. Hazırda yüngül qaçışla kifayətlənir. Hələlik onun yaşıl meydana nə vaxt qayıdacağı məlum deyil. Onun zədələnməsi bir az planlarımızı pozdu. Amma qalan oyunçularla bağlı hər şey qaydasındadı.
- Bəzən yeni legionerlərin transfer vərəqələri yubanır və sifariş etmək mümkün olur. Sizdə bu tip problem yoxdu?
- Xeyr, sənədlə bağlı heç bir problem yoxdu. Yeni transferlərin hamısını sifariş etmişik.
- Mövsüm start götürmək üzrə olsa da, transfer pəncərəsi hələ qapanmayıb. Yenə də transfer etmək fikriniz var, yoxsa artıq heyəti tam komplektləşdirmisiz?
- Daha bir legioner komandaya qoşulmalıdı. Onun yolunu gözləyirik. Qarşıdakı günlərdə düşərgəyə qoşulacaq. Bu, nigeriyalı Amos Beji Entonidir.
- Təqvimə əsasən ilk turda Tovuzda oynamalı idiz. Lakin sonradan stadionda aparılan işlərlə bağlı qarşılaşmanın yeri dəyişdirildi. Bu məqam planlarınızı nə dərəcədə pozdu?
- Təbii ki, istərdik ki, öz azarkeşlərimiz qarşısında oynayaq. Lakin bu dəyişiklik səbəbsiz deyil. Klubun gördüyü iş qiymətləndirilməlidi. Hazırda stadionda bu günə qədər olmayan işıqlandırma sistemi qurulur. Mən buna görə sevinirəm. Tovuzda projektorla altında oynamağı səbirsizliklə gözləyirəm.
- Yeni mövsümün startı ərəfəsində tovuzlu azarkeşlərə nə demək istərdiz?
- Azarkeşlərimiz “Turan Tovuz”u sevirlər. Biz inkişaf etməkdə olan klubuq. Buna görə də bir qədər vaxt lazımdı, səbrli olmalıyıq. Çox istərdim ki, azarkeşlərimiz komandanı uğurlu günündə də, uğursuz günündə də tək buraxmasınlar. Daim yanımızda olsunlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Çempionat uzun marafondu. İnanıram ki, hər şey yaxşı olacaq, sadəcə səbrli olaq.
- Və sonda yeni mövsümdən gözləntiləriniz...
- Bu, son illərin ən gərgin mövsümü olacaq. Bütün komandalar iddialıdılar. Demək olar ki, komandaların hamısı heyətini gücləndirib. Ona görə də bizi çox gərgin çempionat gözləyir.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb