9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Şenol Günəş: “Neftçi” ilə oyuna daha hazırlıqlı çıxacağıq”

“Neftçi” ilə oyuna daha hazırlıqlı çıxacağıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsi oyunu barədə danışarkən deyib.
 
71 yaşlı mütəxəssis II raundda Albaniya təmsilçisi “Tirana”nı hər iki görüşdə məğlub etmələrinə (3:1, 2:0) baxmayaraq, komandasının hələ də istədiyi formada olmadığını bildirib: “Mövsümün əvvəli olduğu üçün oyunçular ideal formadan uzaqdırlar. Ancaq getdikcə daha yaxşı vəziyyətdə oluruq. Zədəli futbolçularımız da sıraya döndükdən sonra komandamız indikindən güclü olacaq. Növbəti mərhələdə “Neftçi” ilə keçiriləcək görüşə bundan da yaxşı hazırlaşmalıyıq”.
 
Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da İstanbulda, cavab görüşü isə 17-də Bakıda keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31