9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qurban Qurbanov da, “Qarabağ” rəhbərliyi də Azərbaycan futboluna çox xeyir verib”

“Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Rakuv”a məğlubiyyətdən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyinə yönələn tənqidlərə münasibət bildirib.

Futbolxeber.az saytına müsahibəsində R.Sadıqov istər Qurbanovun, istər klub rəhbərliyinin Azərbaycan futbolu üçün böyük işlər gördüyünü vurğulayıb:

“Açığı, bu barədə bilmirəm nə deyim. Təbii ki, məğlubiyyətdən sonra azarkeş hər zaman aqressiv olur. Lakin istər Qurban müəllimin, istərsə də “Qarabağ” rəhbərliyinin gördüyü iş göz önündədi. Onlar Azərbaycan futboluna çox xeyir veriblər. Rəhbərliyin və Qurban Qurbanovun birgə fəaliyyətin nəticəsində “Qarabağ” böyük uğurlara imza atıb. Hər nə qədər komanda “Rakuv”la mübarizədən məğlub ayrılsa da, bunları unutmaq olmaz. İnanıram ki, “Qarabağ” Avroliqada daha inamlı çıxışı ilə bu uğursuzluğu unutduracaq”.

FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31