9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Sofronis Avqusti: “Qəbələ”ni yaxşı təhlil etmişdik”

“Rəqibi yaxşı təhlil etmişdik. Onların güclü və zəif tərəflərini bilirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Omoniya"nın baş məşqçisi Sofronis Avqusti Kiprdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis Qəbələdəki ilk matçda yol verdikləri səhvlərdən nəticə çıxardıqlarını bildirib: "Bu gün qol buraxmaya bilərdik. Amma ümumilikdə oyun çox yaxşı keçdi. Növbəti rəqib daha güclü olacaq. Buna görə də bəzi nüansları yaxşılaşdırmalıyıq".

O, Azərbaycan təmsilçisinə daha çox qol vurmağın mümkün olduğunu, sadəcə, güclərinə qənaət etdiklərini söyləyib: "Kifayət qədər qol epizodu yaxalasaq da, yararlana bilmədik. Dayanmaq olmaz, inkişafa davam etməliyik. Hər matç bir imtahandır".

"Qəbələ"nin asan rəqib olmadığını söyləyən Avqusti "qırmızı-qaralar"a uğurlar arzulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31