9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Mark Tamaş: “Beşiktaş” üçün sürpriz hazırlayacağıq”

“Neftçi”nin müdafiəçisi Mark Tamaş UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Jelezçinar”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Futbolxeber.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qələbəni necə şərh edərdin?

- Evdə oynamaq xoşdur. İlk anlardan bir qədər ehtiyatlı oynayırdıq. Ancaq azarkeşlərimiz qarşısında qələbə qazanmaq niyyətində idik. Bu gün qalib gəlmək olduqca vacib idi.

- Belə gözəl atmosferdə oynamaq necə bir hissdir?

- Bu mənzərəni görmək xoşdur. Çox xoşbəxtəm ki, oyunumuzu izləməyə bu qədər insan gəlib. Baxmayaraq ki, bizim fan-klub bir qədər çılğındır, amma mən bunu xoşlayıram. Bu stadionda doğma meydanda ilk oyunumu keçirdim. Bu, mənimçün çox önəmlidir. Qələbə qazanmaq istəyirdim, buna da nail olduq.

- Komandada yeni oyunçulardansan və məlumdur ki, mövsümün əvvəlində ideal formada olmaq mümkün deyil. Qarşıda daha yaxşı Tamaş görə biləcəyik?

- Addım-addım yeni komandaya öyrəşməyə çalışıram. Yeni üslubda oyuna başlayırıq. Hər kəsin adaptasiyaya ehtiyacı var. Hər oyun daha da yaxşı olacağıq. Qarşıda "Neftçi"ni yeni üslubda görəcəyik.

- UEFA Konfrans Liqasının növbəti mərhələsində "Beşiktaş" kimi bir rəqiblə üz-üzə gələcəksiniz. Bu oyun barədə nə düşünürsünüz?

- Həmişə belə hallarla qarşılaşırsan. “Beşiktaş” güclü olsa da, belə böyük klubu təəccübləndirə bilərik. Bu, futboldur. Ümid edirəm ki, onlar üçün gözəl sürpriz hazırlayacağıq. İki oyunun sonunda hər şey ola bilər.

- Artıq sabah Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür və ilk turda Gəncədə oynayacaqsınız. Rəqib komanda "Kəpəz", təmsil etdiyi Gəncə barədə məlumatlısınız?

- Sabahdan həmin oyuna hazırlaşmağa başlayacağıq. Bu, bizim üslubumuzdur. Hər şeyi addım-addım edirik. Həmin oyuna da köklənib qələbə qazanmağa çalışacağıq.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31