9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Polşalı futbolçu: “Rakuv”u qiymətləndirməyən meydanda əziyyət çəkməlidir”

“Rakuv”u qiymətləndirməyən meydanda əziyyət çəkməlidir”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun sabiq futbolçusu Andrjey Neulis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirilən cavab oyununu dəyərləndirərkən deyib.
 
Yay fasiləsində ölkəsinin digər klubu “Medz”ə keçən polşalı müdafiəçi yerli mətbuata açıqlamasında “Rakuv”un ağıllı oyun sayəsində Azərbaycan çempionunu üstələdiyini bildirib: “Rakuv”un futbolçularının Bakıdakı görüşdə nə qədər fədakarlıq göstərdiklərini görmək çətin deyil. “Qarabağ” meydanda üstün idi. Amma ağıllı oyun sayəsində komandamız təzyiqdən nəinki qurtuldu, hətta gözəl qol da vurdu”.
 
Qeyd edək ki, “Qarabağ”ı evdə 3:2 hesabı ilə məğlub edən “Rakuv” Bakıda gerçəkləşən cavab görüşündə 1:1 hesablı bərabərlik sayəsində növbəti raunda yüksəlib. “Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Azərbaycan çempionu Finlandiya təmsilçisi HIK-lə qarşılaşacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31