9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

UEFA reytinqi: “Qarabağ” Azərbaycana növbəti xalları qazandırıb

“Qarabağ” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la evdə 1:1 hesablı heç-heçə edərək buna nail olub.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə qeydə alınan bərabərlik sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 1-ə çatıb.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir.

Baş tutan qarşılaşmalar Xorvatiya, Latviya, Lüksemburq və Şimali Makedoniyanın irəliləməsinə, Yunanıstan, İrlandiya, Finlandiya, Ermənistan, Malta, Monteneqro, Uels və Andorranın isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31