9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Aris”in məşqçiləri "Qarabağ" - "Rakov" oyununu izləyəcəklər

Kiprin “Aris” klubunun məşqçiləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” - “Rakov” (Polşa) oyununu izləmək üçün Bakıya gəliblər.

Futbolxeber.az saytının məlumatına görə, Kipr təmsilçisinin məşqçiləri bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Rakov" matçını  stadiondan izləyəcəklər. Bu barədə "Aris"in mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos yerli mətbuata açıqlamasında deyib.

"Niyyətimiz odur ki, rəqib "Rakuv" olarsa, məşqçilər birbaşa ora gedib, hazırlığı davam etdirsin. Orada hava şəraiti çox yaxşıdır. Əgər "Qarabağ"la düşsək, Kiprə qayıdıb, sonra gedəcəklər".

Qeyd edək ki, "Qarabağ" - "Rakov" oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk matçda Polşa təmsilçisi qələbə qazanıb - 3:2.

Xarırladaq ki, "Qarabağ" - "Rakov" cütünün qalibi 3-cü mərhələdə "Aris"ə rəqib olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31