9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

İtaliya “İnter”inin yetirməsi “Zirə”yə keçir?

İtaliyanın “İnter” klubunun yetirməsi Pyerr Zebli “Zirə”yə keçməyə hazırlaşır.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə razılığa gəlib.

Son olaraq ötən mövsümü Bolqarıstan “Lokomotiv”ində (Plovdiv) keçirən orta sahə oyunçusunun “Zirə”yə keçidi tezliklə rəsmiləşəcək.

Qeyd edək ki, Pyerr Zebli “İnter” akademiyasının yetirməsi olsa da, əsas komandada çıxış etməyib. 2016-cı ildə Fil Dişi Sahilinin U-20 yığmasında çıxış etmiş yarımmüdafiəçi İtaliyada “Peruca”, “Askoli”, “Kattolik”, Belçikada “Genk”, Bolqarıstanda isə “Tsarsko” və “Lokomotiv”in formasını geyinib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31