9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Sabah” UEFA-ya müraciət etdi

"Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFŞ-i ilə səfər oyununun başqa ölkədə keçirilməsi üçün UEFA-ya müraciət edib.

Futbolxeber.az saytının sportacentrs.com-a istinadən verdiyi məlumata görə, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko bildirib. O, Azərbaycan təmsilçisinin baş məşqçisi və məşqçi heyətinin rusiyalı olması səbəbindən belə bir addım atıldığını qeyd edib: “Hazırda məsələyə UEFA-da baxılır. Biz çalışırıq ki, oyun Latviyada olsun. Amma UEFA fərqli qərar verə bilər. “Sabah”ın baş məşqçisi və məşqçi heyətinin şengen vizası olmadığı üçün Azərbaycan klubu çətinliyi nəzərə alaraq UEFA-ya müraciət edib”.

Qeyd edək ki, "Sabah" buna baxmayaraq, bu gün Latviyaya yollanıb. Lakin klubun baş məşqçisi Murad Musayevin və məşqçi heyətinin paytaxt Riqaya buraxılıb-buraxılmayacağı naməlumdur.

Xatırladaq ki, RFŞ - “Sabah” matçı sabah keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31