9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Sumqayıt” haqqında çox yaxşı sözlər eşitdim”

"Sumqayıt"ın yeni transferi Roi Kahat Ərzurum toplanışı ilə bağlı təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, yeni mövsümdə uğur qazanmaq üçün məşqlərdə çox çalışdıqlarını bildirib:

"Yaxşı komandamız var. Oyunçular olaraq hər birimizin oyun tərzini tanımağa başlayırıq. Mövsümün startında ən yaxşı formada olmaq üçün məşqlərdə çox çalışırıq.

Bu klubdan mənə təklif gələndə liqa və ölkə haqqında məlumat axtarmağa başladım. Bir vaxtlar "Sumqayıt"da oynayan dostumdan klub haqqında soruşdum. Həm ondan, həm də hazırda və əvvəllər burada oynamış digər israilli futbolçulardan çox yaxşı şeylər eşitdim.

Komandanın səviyyəsi çox yaxşıdır. Əksər oyunçular ingiliscə danışa bilir, ona görə də ünsiyyət və uyğunlaşmada bir problem yoxdur. Klubdakı hər kəs çox mehriban və qonaqpərvərdir.

Ümid edirəm ki, evdə və səfərdə - hər oyunda azarkeşlərimizin bizi dəstəklədiklərini görəcəyəm. Biz də daim onları sevindirməyə çalışacağıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31