8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Konfrans Liqasında rəqiblər müəyyənləşdi: “Neftçi” “Beşiktaş”ı Bakıya gətirə bilər

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə mübarizəyə 2-ci mərhələdən başlayacaq Azərbaycan təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin də 3-cü raunddakı potensial rəqibləri müəyyənləşib.
 
"Sabah" 2-ci mərhələdə Latviyanın RFŞ klubu keçərsə, növbəti raundda Serbiya "Partizan"ı ilə qarşılaşacaq.
 
"Neftçi" 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina "Jelezniçar"ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
 
"Qəbələ" Kipr "Omoniya"sını keçsə, 3-cü mərhələdə "Midtullan" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.
 
Klublarımız 3-cü mərhələyə yüksəlsə, "Sabah" və "Qəbələ" ilk matçlarını evdə, "Neftçi" isə səfərdə keçirəcək.
 
Qeyd edək ki, Konfrans Liqasında 3-cü mərhələnin oyunları avqustun 10-da və 17-də keçiriləcək.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31