9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Türkiyə klubunun üzvü: “Qəlbim və fikrim “Səbail”in yanında olacaq”

“Bu mövsüm qəlbim və fikrim “Səbail”in yanında olacaq”.

Futbolxeber.az saytına açıqlamasında bunu millimizin üzvü, bir müddət əvvəl Türkiyənin “Ümraniyespor” klubuna transfer olunan Coşqun Diniyev deyib.

28 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsi zamanı “Səbail”ə keçsə də, 1-2 gün sonra paytaxt klubundan ayrılaraq “Ümraniyespor”la müqavilə imzaladı.

Təcrübəli yarımmüdafiəçi bildirib ki, klubu tərk etsə də, atası Şahin Diniyevin çalışdırdığı “Səbail”in uğurlu çıxış edəcəyinə inanır:

“Səbail”in Avropa yolunda inamla addımlayacağına inanıram. Atamın necə məşqçi olduğunu bilirəm, bol-bol uğurlar arzulayıram. Allah hər zaman onun yanında olsun”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31