8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

UEFA reytinqində “Qarabağ” irəlilədi, “Neftçi” gerilədi

UEFA avrokubokların 1-ci təsnifat mərhələsinin matçlarından sonra klubların yeni reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, siyahı son 5 mövsümdə toplanan xalların cəminə əsasən tərtib edilib.

Azərbaycan klublarından ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu mübarizədən kənarlaşdıran (4:0, ilk oyun - 2:1) Ağdam təmsilçisinin 24.500 xalı var. Komanda son cədvəllə müqayisədə 4 pillə irəliləyib və 61-ci olub. “Qarabağ” reytinqdə “Monako” (Fransa) və “Fənərbaxça” (Türkiyə) kimi klubları da geridə qoyub.

“Neftçi”dir 9.500 xalla 5 komanda ilə birlikdə 137-ci pilləni bölüşdürür. Paytaxt təmsilçisi 2 pillə geriləyib. 4.500 xalı olan “Qəbələ” 265-cidir.

Azərbaycan çempionatının digər iştirakçıları “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hərəyə 1.500 reytinq xalı ilə 343-cü yeri bölüşdürürlər.

Siyahıya “Mançester Siti” (İngiltərə, 124.000 xal) liderlik edir. “Bavariya” (Almaniya) 120.000 xalla 2-ci, “Real”isə (İspaniya) 106.000 xalla 3-cüdür.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31