9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Sumqayıt”da pakistanlı müdafiəçi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi Portuqaliya təmsilçisi “Vitoria Gimaraeş”ə məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankeze”də çıxış etmiş pakistanlı futbolçu İsa Suliman ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İngiltərənin Birmingem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib. “Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoria Gimaraeş” klublarında çıxış edib.

İsa İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasına da cəlb olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31