Ölkə futbolu
Tərlan Əhmədov susqunluğu pozdu: “Ordan halallaşmamış çıxmışam”
Ötən mövsümün sonunda “Kəpəz”dən ayrılan Tərlan Əhmədov mətbuatdan da uzaq düşüb. Geridə qalan müddətdə dəfələrlə onunla danışmağa cəhd etsək də, istəyimiz baş tutmamışdı. Nəhayət ki, 51 yaşlı mütəxəssis susqunluğu pozmağa qərar verdi. Sport24.az-a müsahibə verən mütəxəssis bir çox maraqlı məqamlara toxundu.
Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Öncə yeni mövsümlə bağlı fikirlərinizi bilmək istərdik.
- Bu il bizi daha maraqlı, rəqabətli və səviyyəli çempionatın gözlədiyini deyə bilərəm. Hər halda “Qarabağ”ın, “Sabah”ın, “Turan Tovuz”un heyətini gücləndirməsi, daha səviyyəli futbolçularla anlaşması ondan xəbər verir ki, yüksək yerlər uğrunda daha gərgin mübarizəyə şahidlik edəcəyik. Son illərdə daha çox bir komandanın çempionluğu barədə danışırdıqsa, fikrimcə, 2023/24 mövsümündə “qızıl” uğrunda bir neçə klubun mübarizəsinə şahidlik edəcəyik. Çox istərdim ki, çempionatda komanda sayı 10 yox, 12 olsun. Ancaq 10 komandalı çempionata da şükür etməliyik. Zaqatalaya, Şimal regionuna da futbol qayıtsaydı, əla olardı.
- “Neftçi”dəki son məşqçi dəyişikliynə münasibətiniz?
- Bu suala “Neftçi” rəhbərliyi cavab versə, daha yaxşı olar. Mən həmişə demişəm və yenə təkrarlayıram, çempionatda yerli mütəxəssislərlə yanaşı, əcnəbi məşqçilər də çalışmalıdı. Ancaq ardıcıl olaraq, əcnəbi mütəxəssislə uğur qazanmaq mümkün olmursa, strategiya dəyişməlidi.
- PFL-in sabiq prezidenti Ramin Musayev Sport24.az-a son müsahibəsində “məşqçilərimiz soyadını dəyişib Əhmədoviç, Məmmədoviç etsələr, onlara dəyər verilər” söyləyib. Onun bu fikri ilə razısız?
- İllərdi deyirik ki, bizdə yerli məşqçilərə laqeyd münasibət var. Bunun nədən qaynaqlandığını deyə bilmərəm. Amma nəticə verən yerli mütəxəssislər kənarda qalır. Biri mən özüm... İşlədiyim klublarda nəticə versəm də, hər dəfə adıma müxtəlif söz-söhbətlər çıxarıb, qarayaxma kampaniyası ilə məni yıxırlar. Bir dəfə çalışdığım klubların birində sponsorlar düşərgəyə gəlmişdi. Onların gedişindən sonra rəhbərlik mənə açıq-aydın “sən bizə yox, sponsora sərf edən məşqçisən. Çünki, onlar pul ayırır və nəticə tələb edir. Ancaq biz bilmirik ki, bu işimizdə nə qədər duruş gətirəcəyik. Biz də qazanmalıyıq” söyləyib, aydın mətnlə niyyətlərini ortaya qoydular. Mən də onlara “komandaya səviyyəli legionerlər lazımdı. Pul yemək istəyirsizsə, başqa sahələrə üz tutun” deyib, sifarişlə işləməyəcəyimi bildirdim. Eyni proseslər bu gün də yaşanır. Bəlkə də bu səbəbdən mənim kimiləri “oyundan kənarda” saxlamaq onlara sərf edir. Əcnəbi məşqçilərə, “milliləşdirilmiş” futbolçulara sevgi bilmirəm hardandı. Mənim kimi yerli məşqçi nəticə verəndə də şər-böhtanla ayağının altını qazırlar. Bəziləri “Azərbaycanda məşqçi, futbolçu yoxdu” deyirdi. Ən pis vəziyyətdə olan komandanı belə dirçəldib ortaya iş qoyursan, Azərbaycanda məşqçi olduğunu sübut edirsən, ancaq çifayda. Yenə özünə qarşı biganə münasibət görürsən. Odu ki, Ramin müəllim düz deyib, mən də onun sözü ilə razıyam. Bəlkə biz adımızı və soyadımızı dəyişsək, bizə də hörmət-izzət olar. Bəzən onu da görürük ki, əcnəbilər nəticə verməyəndə belə bu klubdan çıxır, o biri klubun “sükanı arxasına” keçir. Və yaxud uşaq futbolunda məşqçilər var ki, valideynlərdən pul aldığına görə, işdən qovulur. Ancaq ertəsi başqa klubda işlə təmin olunduğunu eşidirsən. Sanki bizdə bu, adət halı alıb. İşləyən adama heç kim dəstək vermir. İşləməyən, adı qalmaqallarda hallananlar isə daim diqqət mərkəzində olur, işlə təmin olunur.
- Klublarımızın avrokubok şansları barədə nə düşünürsüz?
- “Qarabağ” və “Sabah”ı daha şanslı sayıram. Ola bilsin, “Sabah” ilk turlarda bizi sevindirsin. Ancaq sonrakı mərhələlərdə onlar üçün də çətin olacaq. Eyni sözləri “Qəbələ” və “Neftçi”yə də şamil etmək olar. Elmar Baxşıyev kimi Adrian Mutu da heyəti tam komplektləşdirməyib. “Sabah”ın ən böyük problemi isə avrokubok təcrübəsinin olmamasıdı. “Neftçi”də tez-tez baş məşqçi və futbolçu dəyişikliyi onlara qitəmiqayaslı tunirlərdə irəli getməyə mane olur. Buna baxmayaraq, təmsilçilərimizin Konfrans Liqasında bizləri sevindirəcəyinə ümid edirəm.
- Sabiq komandanız “Kəpəz” barədə nə düşünürsüz?
- Bu barədə heç nə danışmaq istəmirəm. Mənim işim “Kəpəz”i elitada saxlamaq idi ki, onu da bacardım. Gəncəyə gedən gündən demişdim ki, “Kəpəz” Premyer Liqada qalacaq! Bu gün komandanın düşərgəsində yaşananlardan bixəbərəm. Mən ordan halallaşmamış çıxmışam və bu gün də hallalıq verməmişəm. Çünki, bu günə kimi mənə “sağ ol” deyən olmayıb. Komandadan ayrılmağıma baxmayaraq, bu gün də adıma müxtəlif söz-söhbətlər çıxarırlar. Odu ki, “Kəpəz” barədə danışmaq istəmirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb