9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qarabağ” ÇSKA-nı məğlub etdi

“Qarabağ” Avstriyada növbəti yoxlama matçına çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, iyunun 22-dən Tirolda hazırlıq prosesində olan Ağdam təmsilçisi üçün cari təlim-məşq toplanışında sonuncu oyun olub. Qurban Qurbanovun futbolçuları Bolqarıstanın ÇSKA komandası ilə üz-üzə gəliblər. Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, Sofiya təmsilçisi ötən mövsümü 2-ci yerdə başa vurub.

Yoxlama oyunu

4 iyul

“Qarabağ” - ÇSKA (Bolqarıstan) - 1:0

Qol: Redon Cica, 42

Xatırladaq ki, Ağdam təmsilçisi bundan əvvəl 2 yoxlama matçı keçirib. “Ferentsvaroş”la (Macarıstan) matç 3:3 hesabı ilə yekunlaşıb, “Legiya” ilə görüş isə Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb (2:0).

“Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq. Bu matç iyulun 11-də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31