9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Musa Qurbanlı Stokholma yollanıb

İsveçin “Yurqarden” klubunun idman direktoru Bosse Andersson "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının mümkün keçidinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, funksioner "Varberq"ə 2:0 hesabı ilə qalib gəldikləri çempionatın XIII tur oyunundan sonra bu barədə "Football" telekanalına açıqlama verib.

Andersson 21 yaşlı forvardın həmin qarşılaşmanı "Tele2 Arena"da tribunadan izlədiyini söyləyib: "O, burada idi. Matça baxırdı. Bu isə o deməkdir ki, bizim danışığımız var. Musa haqqında yaxşı təəssürat yaranıb. Çox qol vuran, millidə və "Qarabağ" klubunda çıxış edən hücumçudur".

Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"ın əsas komandasındadır. Onun Stokholm təmsilçisi ilə üçillik müqavilə imzalayacağı gözlənilir.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31