9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

Emreli: “Dinamo”da iz qoymaq istəyirəm”

"Bu klubun bir hissəsi olmaq fəxrdir. Mən "Dinamo"nu uşaqlıqdan tanıyıram və həqiqətən də burada bir növ iz buraxmaq istəyirəm".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyanın sportske.jutarnji.hr saytına müsahibəsində bildirib.

Bu ilin fevral ayından mövsümün sonunadək icarə əsasında Türkiyə "Konyaspor"unda oynayan 26 yaşlı hücumçu "Dinamo"da oyun şansı əldə edərək öz potensialını göstərmək istədiyini deyib: "Bu böyük klubun bir hissəsi olmağa layiq olduğumu göstərmək istəyirəm. Mən bunu ilk növbədə özümə, kluba və azarkeşlərə borclu olduğumu hiss edirəm. Yeni baş məşqçi ilə bu yeni fürsətdən ilə istifadə edərək "Dinamo"ya niyə gətirildiyimi göstərmək istəyirəm. Buraya ehtiyatda qalmağa gəlməmişəm".

Hazırda Zaqreb təmsilçisinin heyətində təlim-məşq toplanışında olan forvard aprel ayında komandaya baş məşqçi təyin olunmuş İqor Bişçan haqqında da danışıb: "Təlim-məşq toplanışına yeni gəlmişəm və məşqçi ilə danışmağa çox vaxtım olmayıb. Amma deyə bilirəm ki, o, “Dinamo”nun əfsanələrindəndir. Məşq prosesimiz əla keçir, həm əyləncəli, həm də sərt olur. Lakin biz topla çox işləyirik və mən bunu bəyənirəm. Baş məşqçinin dünya görüşü xoşuma gəlir və görürsən ki, o, həqiqətən də futbolu başa düşür. Baş məşqçimiz biz oyunçularla necə ünsiyyət quracağını bilir. Mövsüm başa çatandan sonra milli komandada oynadım və mümkün qədər tez qayıdıb Bişçanla çalışaraq özümü sübut etmək üçün cəmi 5 gün istirahət etdim".

Mahir "Dinamo"da qalmaq istədiyini qeyd edib: "Özümə inanıram və “Dinamo”da qalmaq istəyirəm. Təbii ki, klubu da nəsə maraqlandırır. İndi diqqətimi yalnız meydana yönəldirəm. O zaman "Dinamo" üçün də, mənim üçün də nəyin daha yaxşı olduğunu görəcəyik".

Xatırladaq ki, Emreli ötən ilin fevral ayında "Dinamo" ilə 4,5 illik müqavilə imzalamışdı.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31