9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Qəbələ"də braziliyalı müdafiəçi

“Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub.

Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31