9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Sabah” “Krasnodar”ın hücumçusuna ildə 300 min dollar ödəməyə hazırdı

“Krasnodar”ın hücumçusu Maqomed-Şapi Süleymanov karyerasını “Sabah”da davam etdirə bilər.

Futbolxeber.az saytının “Legalbet”ə istinadən verdiyi məlumata görə, paytaxt klubu Süleymanova Aleksey Kaşukun əvəzləyicisi gözü ilə baxır.

“Sabah” qış transfer pəncərəsi zamanı transfer etmək şərti ilə “Krasnodar”ın hücumçusunu icarəyə götürmək istəyir. Bildirilir ki, Azərbaycan klubu Maqomed-Şapi Süleymanova “Hapoel”də qazandığı qədər – ildə 250-300 min dollar ödəməyə hazırdı.  

Süleymanov son mövsümü icarə əsasında “Hapoel”də keçirib. O, İsrail təmsilçisinin heyətində 35 matçda meydana çıxıb, 5 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, daha əvvəl “Rubin”in də Maqomed-Şapi Süleymanovlə maraqlandığı deyilirdi.  

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31