8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi” Laurentsiu Regekampfı göndərir, Sərgən Yalçının gətirir

"Neftçi" tezliklə baş məşqçisi Laurentsiu Regekampfla vidalaşacaq.

Futbolxeber.az saytının Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı pozulması istiqamətində bir çox məsələlərdə razılıq əldə olunub. İddiaya görə, rumıniyalı çalışdırıcı tezliklə Bakıda qaldığı mənzili boşaldacaq.

Tərəflər arasında təzminat barədə danışıqlar davam edir. Regekampfın "ağ-qaralar"dan 100 000 avro tələb etdiyi, paytaxt klubunun isə bu məbləği bir qədər aşağı salmağa çalışdığı bildirilib.

Bir müddət öncə Səudiyyə Ərəbistanı klubları ilə adı hallanan təcrübəli mütəxəssisin ölkəsinə qayıdacağı gözlənilir. Onun "Styau"nın prezidenti Cici Bekali və "Universitatya Krayova"nın rəhbəri Mixay Rotaru ilə əlaqə saxlayaraq, öz xidmətlərini təklif etdiyi iddia olunur.

Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

Digər iddiaya görə, “Neftçi”də Regekampfın xələfinin adı də böyük ölçüdə məlumdur. Belə ki, komandanı bundan sonra Sərgən Yalçın çalışdıracaq. Tanınmış türkiyəli mütəxəssisin bu həftə Bakıya gələcəyi gözlənilir.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31