8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“İcraiyyə Komitəsinin son qərarları futbolumuzun inkişafı üçün təkan verən qərarlardı”

“AFFA İcraiyyə Komitəsinin son qərarları Azərbaycan futbolunun inkişafı üçün təkan verən qərarlardı”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov üzvü olduğu İcraiyyə Komitəsinin iyunun 16-da keçirilən iclasında qəbul olunan son qərarları şərh edərkən deyib.

O, qəbul olunan qərarların gənc futbolçular üçün yeni qapılar açdığını bildirib: “Nəhayət ki, istədiyimizə nail oluruq. Bəzən hansısa qərarla bir tərəfdən futbolçular üçün qapıları bağlayırdıqsa, artıq yeni qapılar açırıq. Bütün bunlar gənc futbolçular üçün bir şansdı. Oynayıb inkişaf etsinlər. Premyer Liqa, I və II divizion, eləcə də əvəzedicilərin çempionatı - bütün bu turnirlər futbolçuların inkişafına hesablanıb. Son qərarlar Azərbaycan futbolunun inkişafı üçün atılan mühüm addımdı. İnanıram ki, yaxın gələcəkdə bütün bunların bəhrəsini görəcəyik”.

Fərəc ASLANOV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31