8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Tomas Heberli: “Azərbaycan millisi yaxşı komandadır”

“İkinci hissəyə baxsaq, yaxşı qurtardıq. Amma ilk yarıya baxsaq, daha yaxşı nəticə əldə edə bilərdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avro-2024-ün seçmə mərhələsində millimizlə oyundan (1:1) sonra Estoniya yığmasının baş məşqçisi Tomas Heberli deyib.

O, millimizin yaxşı komanda olduğunun bildirib: “Rəqib hesabda geridə idi, nəsə etmək istəyirdi. Azərbaycanın ikinci yarıda qapımıza daha çox gələcəyini gözləyirdik. Rəqib yaxşı komandadır”.

O, 5 əvəzetmənin hamısından istifadə etməməsinin səbəbini belə ozah edib: “Müdafiə ilə hücum arasında balansı tapmaq lazım idi. Azərbaycan millisi ikinci hissədə yaxşı mübarizə apardı. Biz ağıllı oynamalıydıq. Ağıllı dəyişiklik etmək istəyirdik ki, oyuna təsir etməsin. Futbolçular çox qaçdılar, mübarizə apardılar”.

T.Heberli tərəflər arasında Estoniyada baş tutacaq ikinci matça da toxunub: “Bərabər oyun olacaq. Azərbaycan millisi İsveçə qarşı oynamışdı. Keyfiyyət hiss olunurdu. Çətin olacaq. İkinci matçda hava bəlkə Azərbaycanla müqayisədə isti ola bilər”.

O, millimizin heyətində kimisə fərqləndirmək istəməyib: “Azərbaycan millisi haqda çox danışmaq istəmirəm. Yaxşı olardı ki, bu sualları onların baş məşqçisinə verəsiniz”.

O, qrupda 4-cü, ya 5-ci yeri tutmaqlarının ciddi fərq etmədiyini bildirib: “Oyundan oyuna baxırıq. Bakıda qalib gəlmək istəyirdik. Qrupda hansı yeri tutacağımız önəmli deyil. İstənilən halda, hədəf ilk iki yerdən birini tutmaq olur. Amma iki oyundan bir xal götürmüşük”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31