27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Rəvan” “Neftçi” ilə oyuna hazırlığı davam etdirir

“Rəvan” Premyer Liqanın II dövrəsinin ilk, ümumilikdə çempionatın 10-cu turunda "Neftçi” ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, "Bakcell Arena”dakı görüş həm də “Rəvan”ın yeni baş məşqçi Şahin Diniyev ilə ilk rəsmi sınağı kimi tarixə düşəcək. Artıq bir həftədir yetirmələrini yaxından tanımaq imkanı əldə edən təcrübəli mütəxəssis də məşqlərdə futbolçularının hazırlığını ciddi nəzarətdə saxlayır. Həftənin əvvəlindən sırf "Neftçi” ilə oyunun hazırlıqlarına başlayan "aslanlar” intensiv qrafiklə çalışır. "Bayıl Arena”da keçirilən məşqlərdə artıq komandanın bütün üzvləri iştirak edir. Üstəlik, əvəzedici heyətdən Yamin Ağakərimzadə və Samir Əhmədov da əsas heyətə cəlb olunub.Belə ki, müxtəlif səbəblərdən vətələrinə yollanmış polşalı qapıçı Lukaş Sapela və tacik müdafiəçi Sohib Savankulov da artıq düşərgədədir. Futbolçular daha çox texniki-taktiki hazırlıqlarla məşğul olur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30