9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi”nin oyunları “Matç TV”də yayımlanacaq

“Matç TV” telekanalı beynəlxalq “Matç TV Kuboku”nu təqdim edəcək.

Futbolxeber.az saytının məlumatına görə, mövsümlərarası əsas kubok uğrunda mübarizə ilk dəfə olaraq beynəlxalq səviyyədə baş tutacaq.

“Matç TV Kuboku” turnirinin bütün oyunları “Matç TV” və “Matç Premyer” kanallarında canlı yayımlanacaq.

Bu il futbol turnirinin iştirakçıları bu klublar olacaq: “Fənərbaxça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya).

Qarşılaşmalar Sankt-Peterburqda - “Qazprom Arena” və “Smena” stadionlarında iyulun 1-dən 15-dək keçiriləcək.

Turnirin təqvimi (Bakı vaxtı ilə)

1 iyul. 20:30. “Zenit” - “Neftçi” (“Qazprom Arena”)

4 iyul. 20:30. “Srvena Zvezda” - “Zenit” (“Qazprom Arena”)

8 iyul. 20:30. “Neftçi” - “Srvena Zvezda” (“Smena”)

9 iyul 20:30. “Zenit” - “Fənərbaxça” (“Qazprom Arena”)

12 iyul. 20:30. “Fənərbaxça” - “Srvena Zvezda” (“Smena”)

15 iyul. 15:00. “Neftçi” - “Fənərbaxça” (“Smena”)

Turnir başlamazdan əvvəl komandaların baş məşqçiləri, “Matç TV” rəhbərliyi və “Matç TV Kuboku”nun titul tərəfdaşının nümayəndələrinin iştirakı ilə ənənəvi mətbuat konfransı nəzərdə tutulub. Tarix və məkan haqqında əlavə məlumat daha sonra məlumat veriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31