9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında 12 mövsümün rekordu

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün oyunlarını 17 baş hakim idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, onlardan 3-ü daha çox - hərəyə 16 matçda ədaləti qoruyub. Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olub.

Elçin Məsiyevlə Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. 12 referi 10 və ya daha çox matçda söz sahibi olub. Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib.

Bir mövsümdə 17 baş hakimin meydana çıxması son 12 ilin rekordudur. Daha yüksək göstərici sonuncu dəfə 2010/11 mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31