9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Arif Əsədov: “Estoniya dişimizə uyğun rəqibdi”

Milli komandamızın məşqçisi Arif Əsədov Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçiriləcək oyun barədə danışıb.

Futbolxeber.az saytına müsahibəsində Əsədov qarşıdakı matçda yalnız qələbəyə kökləndiklərini bildirib:

“Hazırda komandanın düşərgəsində ab-hava yaxşıdı. Uşaqlar həvəslə məşq edirlər. Qarşıdakı oyuna çox ciddi hazırlaşırıq. Qrupdakı digər komadalardan fərqli olaraq Estoniya dişimizə uyğun rəqibdi. Xallarımızı da ilk növbədə bu rəqiblə oyunda qazanmağı arzulayırıq. Futbolçular da bunu başa düşürlər. Hər kəs məsuliyyətlidir. Ancaq qələbəyə köklənmişik. Bu görüşdə başqa hər hansı nəticə barədə düşünmək olmaz”.

Xatıradaq ki, iyunun 17-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Estoniya oyunu 20:00-da start götürəcək. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31