9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Şahin Bağırov: "Əsas məqsədimiz voleybolun daha da inkişaf etdirilməsidir"

"Əsas məqsədimiz voleybolun daha da inkişaf etdirilməsidir".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov yeniyetmə və gənc qızlardan ibarət millinin yeni baş məşqçisi Şahin Çatmanın təyinatı ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

O, regionlarda da bu işin davam etdirilməsi yönündə işlərin görüldüyünü diqqətə çatdırıb: "Voleybola marağı olanları müəyyən edib bu idman növünə cəlb etmək niyyətindəyik. Şahin Çatma Türkiyədə tanınan mütəxəssisdir, "Qalatasaray"ın akademiyasında və ölkəsinin aşağı yaş qruplarından ibarət millilərdə işləyib. O, öz işinin icrasına avqustdan başlayacaq. Çox həvəsli insandır, artıq ölkəmizdə regionlarda da olub. Azərbaycanda Voleybol Akademiyasının yaradılması yönündə işlər də aparacaq".

Ş.Bağırov türkiyəli mütəxəssislə müqavilənin uzadıla biləcəyini də istisna etməyib: "Çatma hələlik qarşıdakı bir il ərzində bizimlə olacaq. Onun sözləşməsi artırıla da bilər" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31